YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında sənədlər imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Basso ilə görüşüb.

Bu barədə nazir məlumat verib.

“AYİB prezidenti xanım Odil Reno-Basso ilə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirə apardıq. Bu gün imzalanan sənədlərə əsasən, “Azərbaycan İnvestisiya Holdinqi”nin idarəçiliyinə verilmiş Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə AYİB tərəfindən dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyə M.Cabbarov qeyd edib.