YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda gənclərlə görüş…

Ağdamda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.

Ağdam Muğam Mərkəzində təşkil olunan tədbirdə şəhid ailələri, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, təhsil işçiləri, əlaçı şagirdlər, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.

Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda təhsil strategiyasının uğurla həyata keçirilməsindən danışıblar.

Sonda 500-dən yuxarı bal toplayan gənclər, əlaçı şagirdlər və bir qrup müəllim mükafatlandırılıb.