YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taner Yıldız: “Türk axını” layihəsi ilə nəql olunacaq qazın 15,7 milyard kubmetri Türkiyənin daxili ehtiyacına sərf olunacaq

“Türk axını” layihəsi ilə nəql olunacaq qazın 15 milyard 750 milyon kubmetri Türkiyənin daxili ehtiyacına sərf olunacaq.

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Türk axını” layihəsi ilə nəql olunacaq qazın nə qədərinin qardaş ölkənin daxili ehtiyacını ödəyəcəyi ilə bağlı suala münasibət bildirib. O qeyd edib ki, dörd boru xəttindən gələcək ümumilikdə 63 milyard kubmetr təbii qazın 15 milyard 750 milyon kubmetri Türkiyənin daxili ehtiyacına sərf olunacaq. Nazir, digər üç boru kəməri ilə transfert ediləcək qalan 46-47 milyard kubmetr təbii qaza tələbin isə Avropa İttifaqı ölkələrindən gələcəyini deyib.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Layihədə ilk təbii qaz nəqlinin 2016-ci ilin sonlarında həyata keçirilməsi planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv