YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə şəhidin xatirəsi anılıb

İmişli rayonunun Otuziki kəndində Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin giziri Quliyev Əli Tədbir oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.

Rayon təşkilatının sədri Səfa Ağayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, adlarının tarixə əbədi həkk olunduğunu vurğulayıb.

Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Əli Quliyev Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 27-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.