YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix yazan qəhrəmanların xatirələri anılıb

Xəzər rayonunun Mərdəkan qəsəbəsində Vətən müharibəsi şəhidləri baş leytenant Nəhmətov Ceyhun Etiqad oğlu və Yusifov Ağəli Vaqif oğlunun doğum günləri münasibətilə anım mərasimləri keçirilib.

Mərasimlərdə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Ceyhun Nəhmətovun xatirəsinə inşa olunan abidə-bulaq kompleksi ziyarət olunub, önünə gül dəstələri düzüb, ruhuna dualar oxunub.

Mərasimdə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov və digərləri Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildiriblər.

Daha sonra şəhid Ağəli Yusifovun oğlunun ailəsinə baş çəkilib. Görüş zamanı şəhid ailəsinin problemləri, qayğıları dinlənilib, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.