YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda səhiyyə işçiləri ilə növbəti görüş

Xəzər rayonundakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyevin təşəbbüsü ilə səhiyyə işçilərilə növbəti görüş keçirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının kollektivi də iştirak edib.

Çıxış edən rayon təşkilatının sədri Namiq Əhmədov ulu öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən danışıb.

Son illərdə ölkənin səhiyyə sektorunda əldə olunan nailliyyətlərdən bəhs edən deputat Rauf Əliyev tibb işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb.

Görüş diskussiya formatında davam edib, partiya fəallarını maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv