YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya XİN: Rəsmi Praqa Dağlıq Qarabağda keçirilən “seçkilər”in hüquqi və konstitusional əsasını tanımır

Çexiya Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən “parlament seçkiləri”nin hüquqi və konstitusional əsasını tanımır.

Bu fikir Çexiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir: “Çex Respublikası hesab edir ki, bu cür birtərəfli aktlar qarşılıqlı etimadın gücləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müsbət mühitin yaranmasına xidmət etmir. Çexiya münaqişənin sülh yolu ilə, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı da daxil olmaqla beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə tərəfdardır. Çexiya ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir və bütün münaqişə tərəflərini sülh prosesini davam etdirməyə çağırır”.

 

DİGƏR Xəbərlər Arxiv