YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji diplomatiyası regional inteqrasiyaya təkan verir

Sentyabrın 9-da YAP Samux rayon təşkilatında “Azərbaycanın enerji diplomatiyası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, bu gün Azərbaycan daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyində getdikcə artan rola sahibdir.

Tədbirdə Samux rayon Statistika idarəsinin rəis müavini Allahverdi  Məmmədov, İnstitut qəsəbə  tam orta məktəbin gənc müəllimi Dilarə Əsgərova, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov və AzMSS ərazi partiya təşkilatının sədri Namiq Cəfərov çıxış edərək Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərdən, regional və qlobal enerji təhlükəsizliyinə töhfələrindən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv