YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionun nəqliyyat və logistika mərkəzi kimi...

Sentyabrın 9-da Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran rəsmiləri arasında görüş keçirilir.

İclasda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və İranın Yollar və Şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan regionun nəqliyyat və logistika mərkəzində yerləşir. “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib.

Baş nazirin müavini bildirib ki, görüşün sonunda Bakı Bəyannaməsi imzalanacaq. Bu Bəyannamə regional əməkdaşlığın inkişafına və əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək.