YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Perspektivlər üçün uğurlu strategiya

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri ilə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq münasibətləri yüksək səviyyədə qurulur, getdikcə bu münasibətlər daha da dərinləşir və yüksələn xətlə inkişaf edir. Azərbaycanın iqtisadi, hərbi qüdrəti davamlı olaraq artmaqla yanaşı beynəlxalq əlaqələri və dünya miqyasında nüfuzu daha da möhkəmlənir.

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Dünyada baş verən mürəkkəb prosseslər və bu prosseslər nəticəsində yaranan yeni vəziyyət, eyni zamanda Ölkəmizdə mövcud olan sabitlik və əmin-amanlıq dünya dövlətlərinin, o cümlədən Avropa dövlətlərinin Azərbaycanla bütün sahələrdə qarşılıqlı əməkdaşlıq etməsinə şərait yaradıb. Hazırda Azərbaycan regionun əsas siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda, enerji mərkəzi kimi Avropanın enerji təhlükəsizliyinə xüsusi tövhə verən ölkədir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiyi ölkələrdən biri də İtaliyadır. Azərbaycanla İtaliya arasında əlaqələr olduqca yüksək səviyyədədir. Ölkələrimiz arasında münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sentyabr ayının 2-də İtaliyaya işgüzar səfəri iki ölkə arasındakı münasibətləri yeni inkişaf səviyyəsinə çıxardı. Səfər zamanı İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda ölkə başçısının çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı. Dövlətimizin başçısı çıxış zamanı dünyada enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən, Azərbaycanın yürütdüyü uğurlu enerji siyasətindən, həyata keçirdiyi layihələrdən və enerji təhlükəsizliyinə verdiyi töhfələrdən ətraflı bəhs edərək forum iştirakçılarını və dünya ictimaiyyətini məlumatlandırdı. Prezident Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Ölkə başçısı çıxışı zamanı Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahələrinin potensialına diqqət çəkərək qeyd etdi: “Artıq biz bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialını da dəyərləndirmişik. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik.”

Enerji resursları ilə zəngin olan Azərbaycan dünyada neft ölkəsi, enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, paralel olaraq ölkəmizdə alternativ enerji növlərindən istifadə olunması istiqamətində lazımi tədbirlər həyata keçirilir. Azərbaycan yaxın gələcəkdə Avropaya həm də elektrik enerjisi nəql edəcək. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan enerji siyasətini uğurla icra edir və qarşıdakı perspektivlər üçün düzgün strategiya müəyyənləşdirir.