YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur mənbəyimiz!

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının üzvləri Vətən müharibəsi şəhidləri – Azərbaycan Silahlı Qüvvələrinin mayoru, “Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Anar Şükürov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və  "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Elşən Orucov, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, medalları ilə təltif olunmuş Anar Şükürov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş Elçin Əzizovun ailəsi ilə görüşüb və şəhid övladlarının doğum gününü qeyd ediblər.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva şəhid övladlarını doğum günləri münasibətilə təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Sevinc Abdullayeva dövlətimizin hər zaman şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.