YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik zirvəsi ali məqamdır

Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri şəhid Hüseynov Ramin Qüdrət oğlunun 29-cu doğum günü doğulub boya-başa çatdığı Ağsu rayonunun Çaparlı kəndində qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələri, şəhidin yaxınları, kənd sakinləri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Əvvəlcə Çaparlı kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhid Ramin Hüseynovun keçdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Aprel döyüşlərinin də iştirakçısı olan Ramin Hüseynov 2020-ci il oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv