YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda gənclərlə görüş…

Xəzər rayonunda 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunan tələbələrlə görüş keçirilib.

Mərdəkan Mədəniyyət Sarayında təşkil olunan görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, təhsil işçiləri, müəllimlər iştirak ediblər.

Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xəzər RİH başçısı Elşən Salahov çıxışında tələbə adını qazanan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığı ilə rayonda bir çox ümumtəhsil məktəblərində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışıb.

Qeyd olunub ki, Azərbaycanda təhsil strategiyasının həyata keçirilməsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir.

Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, 125 nömrəli tam orta məktəbin direktoru Zeynəb Əliyeva və digərləri Azərbaycanda təhsilə qayğının yüksək səviyyədə olduğunu deyiblər. Qeyd olunub ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələri ilə yanaşı, Xəzər rayonunda da təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir.

IV ixtisas qrupu üzrə ən yüksək - 700 balı toplayan Nigar Ağazadə və Vətən müharibəsi şəhidi Mirzə Axundovun oğlu Ağamusa Axundov yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sonda tələbə adını qazanmış gənclərə hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv