YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatında görüş…

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.

Rayon təşkilatının sədri Tural Qasımlı ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycanın dünyanın ən aparıcı dövlətləri sırasında yer aldığını bildirib.

T.Qasımlı ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışaraq onlara tövsiyələrini verib.

YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov ərazi partiya təşkilatlarının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək tədbirlərdə fəal olmağa çağırıb.

Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilat sədrlərinin təklifləri dinlənilib.