YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan şirkətləri Azərbaycanın işgüzar mühitindən yararlanmağa dəvət edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovla görüşündə Azərbaycan-Bolqarıstan iqtisadi-ticarət əməkdaşlığının inkişafı müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji sahəsində əlaqələrin genişləndiyini vurğulayıb. Ölkəmizin əlverişli işgüzar mühitini, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını diqqətə çatdıran nazir Bolqarıstan şirkətlərini Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsinin digər sahələrdə də tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

Tərəflər iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əlaqələr və Bolqarıstana qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparıblar.

DİGƏR Xəbərlər Arxiv