YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə şirkətləri ilə investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Bu barədə nazir məlumat verib.

“Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşdə ölkələrimiz arasındakı birliyə və möhkəm dostluğa əsaslanan münasibətlərin nümunəvi xarakter daşıdığını məmnunluqla vurğuladıq. Səfirlə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığımıza töhfələrini qeyd etdik, Türkiyə şirkətləri ilə investisiya əməkdaşlığının genişləndirilməsi, infrastruktur sahələrinə sərmayə qoyuluşu barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov vurğulayıb.