YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda səhiyyə işçiləri ilə görüş keçirilib

Xəzər rayonunda Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyevin təşəbbüsü ilə səhiyyə işçiləri ilə görüş keçirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da iştirak edib. 

Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ulu öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən söz açıb. Ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışan Namiq Əhmədov qəbul olunan qərarlar nəticəsində bu gün vətəndaşların sosial müdafəsinin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində əsaslı uğurlar əldə olunduğunu vurğulayıb.

Xəzər RİH başçısı Elşən Salahov səhiyyəyə göstərilən diqqət və qayğı nəticəsində əldə edilən uğurlardan söz açıb, səhiyyə işçilərinin daim ölkə prezidentini dəstəkləyərək onun həyata keçirdiyi siyasətdə fəal iştirak edəcəklərini əminliklə vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuz sahibi olan dövlətlərindən biridir. Ölkəmizin uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqdadır. Heç şübhəsiz ki, bütün bunların əsasında Prezident İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır.

Görüş diskussiya formatında davam edib, partiya fəallarını maraqlandıran suallar cavablandırılıb.