YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidin xatirəsi anılıb

Lerik rayonunun Pirasora kəndində gizir Ağayev Ruslan Qalib oğlunun şəhadətə ucalmasının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyətinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Pirasora kənd tam orta məktəbin qarşısında şəhidlərin xatirə lövhəsinin qarşısına gül dəstələri qoyulub.

Sonra şəhid Ruslan Ağayevin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Ruslanla eyni məzarlıqda uyuyan şəhid Azər Təhməzovun və şəhid Bəxtiyar Bayramovun məzarları da ziyarət olunub.

Eləcə də hərbi xidmətdə olarkən vəfat etmiş İlkin Ələkbərovun və doğum günü olan şəhid Valeh Rəhimovun məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Qazax bölgəsindəki “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət keçən Milli Ordunun giziri, 1991-ci il təvəllüdlü Ruslan Ağayev döyüş postunda olarkən düşmən gülləsindən şəhid olub.

DİGƏR Xəbərlər Arxiv