YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub

Goranboy rayonunda şəhidlərimizin əziz xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, partiya fəalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində düşməndən amansız qisas alındığını, doğma Qarabağımızın azadlığına qovuşduğunu bildiriblər. Şəhid ailələrinin və qazilərin daim diqqətdə saxlanıldıqları qeyd olunub.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv