Xəbərlər
Əbülfəs Qarayev: I Avropa Oyunları ilə əlaqədar turistlərin tarixi abidələrimizi görmələri üçün bütün şərait yaradılacaq
“I Avropa Oyunları ilə əlaqədar turistlərin tarixi abidələrimizi görmələri üçün bütün şərait yaradılacaq”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev bildirib ki, Bakı və digər regionlarda ən cəlbedici, marağı kəsb edən tarixi abidələrin üzərində müvafiq turist proqramlarına başlanılıb. Onun sözlərinə görə, burada bələdçilərin hazırlanması ilə bağlı lazımı işlər görülür.
«I Avropa Oyunları zamanı qoruqlar və tarixi abidələr ziyarət olunacaq. Belə ki, qonaqların əksəriyyətinin əhatə olunması şərti ilə xüsusi cədvələ uyğun iş həyata keçiriləcək. Bakıda həm otellərdə, həm Olimpiyada düşərgəsində, həm də paytaxt sakinləri üçün ekskursiya təşkil olunacaq. Artıq hazırlıqlar gedir»- deyə, nazir vurğulayıb. ”