YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

Birgə mədəni və dini dəyərləri bölüşən, ortaq soykökə malik, müasir dövrümüzdə Avrasiya məkanında müstəqil siyasət yeridən lider dövlətlər – Azərbaycan və Qazaxıstanın qardaşlıq münasibətləri, əməkdaşlığı bu gün daha da inkişaf edir, yeni dəyərlərlə zənginləşir.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

O, vurğulayıb ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də ölkəmizə rəsmi səfəri diplomatik münasibətlərin qurulmasının 30 illiyi astanasında olan iki qardaş ölkəninin əməkdaşlığının daha da dərinləşməsinə, qarşılıqlı münasibətlərinin inkişafına təkan verəcək.

R.Orucov qeyd edib ki, qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayevin Aərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər atılan addımlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi sahəsində yeni səhifələrin açılmasına şərait yaradıb. Səfər zamanı Qazaxıstan Prezidentinin Azərbaycan dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi isə iki qardaş türk dövlətinin birgə əməkdaşlığının, çoxəsrlik dostluq ənənələrinin qazandığı uğurların, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyinin təqdimatı olub.

Kasım-Jomart Tokayev bütün qazax xalqı adından ehtiram əlaməti olaraq Prezident İlham Əliyevə “Altın kıran” ordenini təqdim edərkən bildirib ki, ölkə başçısı İlham Əliyevi ölkəsində görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Prezident İlham Əliyev dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir.

Mühüm geostrateji mövqeyə, zəngin enerji resurslarına malik, enerji və nəqliyyat qovşaqlarının üzərində yerləşən hər iki ölkə arasında imzalanan sənədlər göstərir ki, qardaş dövlətlərin əlaqələrinin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişaf üçün geniş perspektivlər mövcuddur. Xüsusi ilə, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük perspektiv planlar mövcuddur. Mərkəzi Asiya ölkələrinin Qərbə açılan qapısı olan Azərbaycan üçün Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan Şərqə doğru mühüm dəhlizdir. Məhz, bunun üçün hazırda ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi məqsədilə Orta Dəhliz layihəsi həyata keçirilir.

Dünya miqyasında etibarlı tərəfdaş kimi tanınan iki qardaş ölkə arasında imzalanan 20-dən artıq sənəd, eyni zamanda 44 günlük Vətən müharibəsində şanlı Zəfər çalan, regionda yeni reallıq yaradan Azərbaycan diplomatiyasının növbəti uğuru idi – deyə R.Orucov vurğulayıb.