YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniyanın sabiq prezidenti: İlk Avropa Oyunları Azərbaycanın bütün aspektlərdə inkişafına mühüm töhfədir

“İlk Avropa Oyunları Azərbaycan üçün böyük nailiyyətdir. Bu, Azərbaycanın inkişafının, dünyada sülhə və sabitliyə töhfəsinin göstəricisidir”. Bu barədə Trend-ə Albaniyanın sabiq prezidenti Sali Berişa deyib.

S.Berişa qeyd edib ki, Bakı Avropanın idman paytaxtına çevriləcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək: “Doğrudan bu böyük uğurdur və Azərbaycanın dünyada ən böyük təqdimatıdır”.

S.Berişa vurğulayb ki, İlk Avropa Oyunları Azərbaycanın bütün aspektlərdə inkişafına mühüm töhfədir:

“Bu Oyunlar həm siyasi, həm də iqtisadi baxımdan ölkəyə böyük faydalar gətirəcək. Beynəlxalq aləmdə Azərbaycana göstərilən etimad daha da artacaq və ölkə iqtisadiyyatı, xüsusən də turizm sektoru yalnız indi deyil, həm də gələcəkdə bunun bəhrəsini görəcək”.

S.Berişa həm Azərbaycana, həm də Oyunlarda iştirak edəcək bütün idmançılara uğurlar arzu edib.