YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: SOCAR Azərbaycanda ilk sıxılmış qaz stansiyasını yaxın günlərdə istifadəyə verəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən inşa edilən Azərbaycanda ilk sıxılmış qaz stansiyası (CNG Gas Station) yaxın günlərdə istifadəyə veriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, SOCAR Gürcüstanda CNG stansiyaları tikib istifadəyə verib və yaxşı nəticələr əldə edib. Artıq həmin stansiyaların Azərbaycanda da tikilməsi ilə bağlı proqram hazırlanıb və “SOCAR-Petroleum” Qapalı Səhmdar Cəmiyyəti bu işləri həyata keçirir. İlk stansiya “BakuBus” şirkətinin avtobus parkının yanında inşa edilib və həmin stansiya yaxın günlərdə istifadəyə veriləcək. Digər bir CNG stansiyası isə Zabrat qəsəbəsində inşa edilir.

“Biz çalışacağıq ki, bir il yarıma Bakı və ətraf rayonlarda da bu tipli stansiyaların və “CNG” ilə işləyən avtomobillərə qulluq edən texniki xidmət bazaları tikək. Gələcəkdə isə həmin stansiyaların sayının artırılaraq ölkə üzrə hər 180 kilometrdən bir quraşdırılması nəzərdə tutulur. Düşünürük ki, gələcəkdə yanacaq bazarının 30-35 faizi məhz qazın payına düşəcək. Bu həm ekoloji cəhətindən, həm də qiymət baxımından daha sərfəlidir”, - deyə SOCAR-ın prezidenti bildirib.