YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Təxribatlar dalana dirənmiş Ermənistan üçün ağır nəticələr verəcək

“Azərbaycan ərazilərində qanunsuz məskunlaşmış ermənilərin həmin əraziləri tərk edərkən yaşayış evlərini yandırması, meşələrə od vurması Ermənistanın vandal siyasətinin bariz sübutudur. Eyni zamanda, bütün bu əməllər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Bütün dünya növbəti dəfə Ermənistanın necə vandal və terror dövlət olmasına şahidlik edir. Ermənilər unutmamalıdırlar ki, törətdikləri istənilən təxribatın və vandalizmin məsuliyyətini elə özləri daşıyır”.

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, artıq Ermənistanın zaman uzatmaq üçün heç bir bəhanəsinə yer yoxdur və Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, heç bir statusdan söhbət belə gedə bilməz. Ermənistan hakimiyyəti və bu ölkədəki revanşist qüvvələr birmənalı şəkildə anlamalıdır ki, törədilən istənilən təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən layiqincə alınacaq. Bu təxribatlar dalana dirənmiş və böhran içində çabalayan Ermənistan üçün ağır nəticələr verəcək: “Ona görə də yaxşı olar ki, təxribatlar və ölkəmizin təbii sərvətlərinə qarşı vandalizm aktı törədərək öz xain xislətlərini nümayiş etdirmək əvəzinə, Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirsinlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün xəbərdarlıqlarından nəticə çıxarsın, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətlərini və “dəmir yumruğun” gücünü unutmasınlar. Çünki ani bir unutqanlıq Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxara bilər”.