YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda yay düşərgəsinin iştirakçıları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Gənclər və İdman İdarəsinin dəstəyi ilə rayonun müxtəlif kəndlərindən 15-18 yaş kateqoriyasına daxil olan 3 nəfər gənc Qusar rayonunda 5 günlük yay düşərgəsində iştirak edəcək.

Yay düşərgəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sağlamlıq” layihəsi çərçivəsində təşkil olunub.

YAP Yevlax rayon təşkilatının inzibati binasında layihədə iştirak edəcək gənclər və onların valideynləri ilə keçirilən görüşdə dövlət gənclər siyasətinin mahiyyətindən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyev gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərir, onlar üçün hər cür şərait yaradılıb.

Daha sonra layihə haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, yay düşərgəsinin təşkilində əsas məqsəd gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarını səmərəli keçirmələridir.