YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbinə start verilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbinə start verilib.

Açılış mərasimindən öncə Yay Məktəbinin iştirakçıları ulu öndər Heydər Əliyevin büstünü və Nizami rayonu, Keşlə qəsəbəsində Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra YAP Nizami rayon təşkilatının qərargahında Yay Məktəbinin açılış mərasimi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə yüksək diqqət və qayğısından, eləcə də Yay Məktəbinin keçirilməsinin önəmindən danışıb.

Daha sonra rayon təşkilatının sədri gəncləri maraqlandıran sualları cavablandırıb.

Açılış mərasimindən sonra Yay Məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı gənclərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Mərkəzlə tanışlıq Yay Məktəbinin iştirakçılarında zəngin təəssürat doğurub.

Günün sonunda gənclərin asudə vaxtının səmərəli təşkili üçün boilinq yarışı keçirilib.