YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz öz əzəli torpaqlarımıza qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik

“Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular. Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.” Bu fikirləri mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə səsləndirmişdir.

“BMT Təhlükəsizlik Şurası dünya birliyinin ali orqanıdır. O, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir.”-deyə, bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyildir. Amma Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcəkdir.
Dövlət başçımız: ”Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik. Deməliyəm ki, bu münaqişə ölkəmizin iqtisadiyyatına güclü ziyan vurub. Buna baxmayaraq, müstəqil siyasi xətt aparmaqla və yalnız öz təbii ehtiyatlarımıza güvənərək biz iqtisadiyyatımızı qısa müddət ərzində - son on ildə artım sürətinə görə birinci etmişik. Əsas səbəb milli ideya, yəni məhz müstəqillik ideyası ətrafında cəmiyyətin birliyi oldu. Eləcə də hökumətin əhalinin sosial səviyyəsinin yaxşılaşdırılması üzrə məqsədyönlü siyasəti mühüm rol oynadı.”-deyə, vurğulamışdır.