YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaxa Kaladze: Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib

Avropa İttifaqının INOGATE proqramının tərəfdaşları arasında Azərbaycanın xüsusi yeri var. Azərbaycan INOGATE proqramı ilə ən yaxşı əməkdaşlıq edən ölkələrdən biridir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib və hətta qonşu ölkələrə, o cümlədən Gürcüstana da bu sahədə yaxından kömək edir.

Bu fikirləri aprelin 30-da Gürcüstan hökuməti ilə INOGATE proqramının texniki rəhbərliyi arasında əməkdaşlığa dair memorandumun imzalanması mərasimində Gürcüstan Baş nazirinin müavini və energetika naziri vəzifələrini icra edən Kaxa Kaladze deyib.

Kaxa Kaladze bildirib ki, Gürcüstanın INOGATE proqramına qoşulması həm ölkənin enerji sahəsindəki problemlərinin həllində, həm də region dövlətləri və Avropa ittifaqı ilə əməkdaşlığının inkişafında mühüm rol oynayacaq.