YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Gəncədə yerləşən hərbi hissədə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 13 dövləti təmsil edən hərbi attaşelər burada əsgər yeməkxanası, yataqxanaları, məşğələ otaqları ilə tanış olublar. Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərinə də baxıblar. Hərbi attaşelər burada yaradılmış xidmət və məişət şəraitindən, tədrisin səviyyəsindən məmnun qalıblar.

Ziyarət proqramına uyğun olaraq, hərbi attaşelər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində olub, onun əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv