YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhidin təltif olunduğu orden ailəsinə təqdim edilib

Vətən müharibəsi şəhidi Şahbazov Kənan Natiq oğlunun ölümündən sonra təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni Masallı rayonunun Çaxırlı kəndində ailəsinə təqdim edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, partiya fəalları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.

Şəhid Kənan Şahbazovun təltif edildiyi orden şəhidin anasına təqdim olunub.

Çıxış edənlər şəhidin şərəfli həyat və döyüş yolundan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından, müqəddəs şəhidlik zirvəsinə ucalmasından danışıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv