Xəbərlər
Prezident İlham Əliyev Rəmzi Teymurovun Azərbaycanın Argentinada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Rəmzi Kazım oğlu Teymurovun Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Rəmzi Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.