YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərdə minaya düşən polkovnik ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və təşkilat nümayəndələri Kəlbəcərdə minaya düşərək ağır xəsarətlər alan hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarovu ziyarət ediblər.

Rayon təşkilatının sədri polkovnikin səhhəti və qayğıları ilə maraqlanıb.

Vüqar İsbəndiyarov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Cəbrayıldan Laçına qədər briqada komandiri kimi döyüş yolu keçən polkovnik Vüqar İsbəndiyarov qələbədən sonra xidmətini Kəlbəcərdə davam etdirib. O, 2022-ci il iyul ayının 26-da Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb. Hazırda Mərkəzi Klinika Gəncə Xəstəxanasında müalicəsi davam edir.