YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Mirnağı Şərifovun doğum günündə xatirəsi anılıb

Cəlilabad rayonunun Bəcirəvan kəndində şəhid Şərifov Mirnağı Qasım oğlunun doğum günündə xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi, partiya fəalları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra şəhidin ruhuna dualar oxunub.

Tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.