YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib

Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 46 nəfər “Vətən uğrunda”, 2 nəfər “İgidliyə görə”, 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 1 nəfər “Cəbrayılın azad olunmasına görə”, 2 nəfər “Zəngilanın azad olunmasına görə”, 28 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

Dövlətimizin başçısının digər Sərəncamı ilə üç nəfərə “general-leytenant”, 6 nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.