YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Sosial mediada gənclərin rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı gənc partiya fəallarının iştirakı ilə “Sosial mediada gənclərin rolu” mövzusunda tədbir keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev sosial şəbəkələrdə gənclərin fəaliyyətindən danışıb. O, beynəlxalq aləmdə və ölkəmizdə cərəyan edən hadisələrdən ətraflı bəhs edərək, hər bir partiya üzvünün sosial mediada fəallığının vacibliyini önə çəkib.

Tədbir diskussiya formatında davam edib.