YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan müstəqil siyasət həyata keçirməklə uğurlar qazanmaqda davam edəcək

«Azərbaycan qərblə şərqin qovuşuğunda yerləşən strateji bir məkandır. Ona görə də, ölkəmiz daim dünyanın diqqət mərkəzindədir». Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir, heç bir xarici qüvvənin diqtəsi ilə hərəkət etmir. Onun sözlərinə görə, torpaqlarımızın bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycanda aparılan xarici və daxili siyasət nəticəsində cəmiyyət uğurla bütün sahələrdə inkişaf edir”. 

«Görülən işlər heç bir ölkəyə xoş gəlsin deyərək reallaşdırılmır. Azərbaycanda aparılan siyasət yalnız və yalnız xalqın köklü mənafelərinə xidmət edən bir siyasətdir. Ona görə də, düşünürəm ki, bu, bəzi böyük dövlətləri əlbəttə ki, qane etmir. Onlar istəyirlər ki, Azərbaycan onların iradəsini qəbul etsin. Lakin Azərbaycan rəhbərliyi yalnız Azərbaycan xalqının mənafeyinə uyğun bu ölkəni inkişaf etdirir. Bunun hamımız şahidiyik. Onların da bu məkrli siyasəti baş tutmayacaq. Azərbaycan müstəqil siyasət həyata keçirməklə uğurlar qazanmaqda davam edəcək»- deyə, G.Baxşəliyeva vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv