YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionlarımızın hərtərəfli inkişafı sosial-iqtisadi siyasətin nəticəsidir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Ölkəmizin və xalqımızın maraqları naminə çalışan güclü lider - Prezident İlham Əliyev Azərbaycanın bölgələrinə müntəzəm olaraq səfərlər edir. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanları ilə Dövlət Proqramları təsdiq edilib. Bu gün, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə genişmiqiyaslı quruculuq işləri həyata keçirilir. Bir sözlə, doğma Qarabağ və ətraf digər rayonlarımız cənnətə çevrilir.

Dövlət başçısı avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bir daha mühüm tarixi faktlara diqqət çəkib. Geniş və əhatəli məzmunda çıxış edən Prezident qeyd edib: “Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Eyni zamanda, Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, - bunu da biz təmin etdik, - iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın”.

Öz çıxışında Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsindən söhbət açan Prezident İlham Əliyev növbəti dəfə Ermənistan siyasi rəhbərliyinə məhz düzgün yol seçməsi və konstruktiv mövqedə olması üçün mühüm mesajlar verdi. Çünki artıq beynəlxalq birlik də qəbul edir ki, Azərbaycan bu gün təkcə Cənubi Qafqaz məkanında deyil, ümumilikdə, dünya arenasında böyük hörmət və nüfuza malik bir ölkədir. Ermənistan məğlubiyyətini dərindən dərk edərək, öhdəliklərini yerinə yetirməsə, “Dəmir Yumruq” növbəti dəfə öz fəaliyyətinə başlaya bilər. Prezident İlham Əliyevin istəyi, həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasəti məhz bölgədə sülhün, əmin-amanlığın təmin olunması, Azərbaycanın uğurlu inkişafı və xalqımızın firavan yaşaması naminə hesablanıb.