YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rahim Sərdarlının xatirəsi yad edilib

Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Rahim Sərdarlının əziz xatirəsi yad edilib. Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri əvvəlcə Canaxır kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri ilə görüşən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov 44 günlük Vətən müharibəsindən, şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğullarımızın Vətən qarşısında şücaətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Şəhidin ailə üzvləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.