YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkşaf edir

“Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir. Ən çətin günlərində bir-birinin yanında olan, hər zaman bir-birinə dəstək olan Azərbaycan ilə Türkiyənin qardaşlığı bütün dünya ölkələrinə əsl nümunədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər  əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri  günü gündən  inkşaf edərək ali səviyyəyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Eyni zamanda ölkələrimiz arasındakı əlaqələr hər bir sahə üzrə günbəgün daha da dərinləşir və yüksələn xətlə inkşaf edir. Əlbəttə, iki qardaş ölkə arasındakı əlaqələrin inkşaf etməsi, müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi  ölkə liderləri, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən və müdik siyasətinin nəticəsidir”.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, avqustun 9-da ölkə başçımız İlham Əliyevin Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməsi qardaşlığımızın dünyaya növbəti nümayişi olmaqla yanaşı iki qardaş ölkə arasındakı əlaqələrin gələcək inkişafı baxımından böyük rol oynadı. Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması, ölkə liderləri arasındakı səmimi, xoş və mehriban münasibət hər birimizə qürür hissi yaşatdı. Səfər çərçivəsində ölkə liderləri arasında keçirilən görüş zamanı ölkələrimiz arasındakı yüksək əlaqələr, dostluq və müttəfiqlik münasibətləri xüsusi vurğulandı, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrlə bağlı geniş müzakirələr aparıldı. Bütün bunlar qarşıya qoyulmuş hədəflərin reallaşmasına böyük töhfə vermiş olacaq: “Azərbaycanla Türkiyə arasındakı birlik və qardaşlıq hər iki ölkənin daha da güclənməsinə və inkişafına böyük təkan verir. Zamanın sınağından çıxmış Azərbaycan Türkiyə qardaşlığı və birliyi əbədidir”.