YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycanla Əlcəzair arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca önəmlidir

Bu görüş hər iki ölkə üçün əhəmiyyətlidir. Həm ikitərəfli, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən işləri müzakirə etdik.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə görüşdən sonra mətbuata birgə bəyanatında söyləyib.

Ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin çox önəmli olduğunu vurğulayan nazir Əlcəzair nümayəndə heyətinin Bakıda keçirilən Qoşulmama Hərəkatının parlament Şəbəkəsinin iclasında iştirakını ikitərəfli münasibətlərin inkişafına görə yüksək qiymətləndirib.