YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir qrup məzunla görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə rayon məktəbləri üzrə 2021-2022-ci il tədris ilini medal və fərqlənmə attestatı ilə bitirən bir qrup məzunla görüş keçirilib.

YAP Tərtər rayon təşkilatında baş tutan görüşdə çıxış edən rayon təşkilatının sədri Eldar Əsədov məzunları təbrik edib, onlara gələcək təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayıb. O, məzunların seçdikləri ixtisas üzrə təhsillərini uğurla başa vurub Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda fəal vətəndaşlıq nümunəsi göstərəcəklərinə əminlik ifadə edib.

DİGƏR Xəbərlər Arxiv