YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Washington Times”: Dağlıq Qarabağ münaqişəsi vaxtında həll edilsəydi Ukraynadakı bugünkü hadisələr də yaşanmazdı

ABŞ postsovet məkanındakı bütün separatçı münaqişələrə münasibətdə ardıcıllıq nümayiş etdirməlidir.

Bu fikir ABŞ-ın “The Washington Times” qəzetində dərc olunan məqalədə öz əksini tapıb. Məqalənin müəllifi Maayan Kaffe ABŞ-ın Ukraynaya və Azərbaycana münasibəti arasında müqayisə aparır. O, Birləşmiş Ştatların Ukrayna hadisələri ilə bağlı bu ölkəni dəstəklədiyini, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana münasibətdə eyni dəstəyi nümayiş etdirmədiyini yazır.

Müəllif məqalədə belə bir sual: “Niyə ABŞ Cənubi Qafqaz regionundakı müttəfiqi olan Azərbaycana münasibətdə eyni dəstəyi vermir? Bəs Birləşmiş Ştatların xarici siyasətindəki davamlılıq haradadır?”

Məqalədə vurğulanır ki, Ermənistan 20 ildən artıqdır Azərbaycanın ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağda və ətraf yeddi rayonda işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirir. Dağlıq Qarabağ və həmin rayonlar tarixi Azərbaycan torpaqlarıdır və beynəlxalq ictimaiyyət tərəfindən belə qəbul edilib. Buna baxmayaraq həmin ərazilər 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Qanlı müharibə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini zəbt edib və Cənubi Qafqazı uzunmüddətli münaqişə bölgəsinə çevirib. Bir ölkənin beynəlxalq miqyasda tanınmış ərazilərinin başqa bir ölkə tərəfindən zəbt olunması qəbuledilməzdir.

Yazıda vurğulanır ki, beynəlxalq hüquq açıq-aydın Azərbaycanın mövqeyini dəstəkləyir. Buna görə də Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələrinə uyğun olaraq həll edilməlidir. Ərazi bütövlüyü ilə bağlı nümayiş etdirilən davamlılıq sülhün açarıdır.

Maayan Kaffe qeyd edir ki, ABŞ təkcə Ukraynanın yanında olmaqla kifayətlənməməli, bütövlükdə ərazi bütövlüyü və suverenlik prinsiplərini dəstəkləməlidir. Rəsmi Vaşinqton Azərbaycana münasibətdə də belə ardıcıllıq nümayiş etdirməlidir.

Məqalədə vurğulanır ki, əgər beynəlxalq ictimaiyyət vaxtında Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Gürcüstandakı münaqişələrə dair ardıcıl münasibət nümayiş etdirsəydi və bu problemlər həll olunsaydı, Ukraynadakı bugünkü faciəvi hadisələr də yaşanmazdı.

 

DİGƏR Xəbərlər Arxiv