YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Xırdalan şəhərindəki Şəhidlər xiyabanında və İkinci Fəxri xiyabanda şəhidlərimizin məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə birgə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə çiçəklər düzüblər.

Şəhidlərimizin keçdiyi döyüş yolundan, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Şəhid ailələri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar və milli həmrəyliyimiz dayanır. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı işğala son qoydu.