YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub

Qazaxda qəhrəman Vətən övladlarından biri olan şəhid Orucov Elşən Ehtiram oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının nümayəndələri, partiya fəalları rayonun Xanlıqlar kənd qəbiristanlığında şəhidin uyuduğu məzarı ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş edib. Bu sevinci bizə yaşadan oğullarımızdan biri olan Elşən Orucovun göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunədir. Vurğulanıb ki, xalqımız və dövlətimiz müqəddəs şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur, şəhid ailələrinə və qazilərə daim yüksək səviyyədə diqqət və qayğı göstərir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Elşən Orucov göstərdiyi igidliyə və şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.