YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Enerji təminatının şaxələndirilməsində Azərbaycan öz vacib rolunu oynayır

Enerji təhlükəsizliyinə gəldikdə, enerji təminatının şaxələndirilməsində Azərbaycan öz vacib rolunu oynayır. 20 il ərzində biz elə bir neft strategiyası yürütmüşük ki, onun sayəsində regionda yeni enerji xəritəsi yaranmışdır. Biz bir neçə neft boru kəməri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirə bilmişik və bu gün Xəzər dənizinin nefti - təkcə Azərbaycanın resursları deyil, Xəzərin şərq sahillərinin nefti də beynəlxalq bazarlara məhz Azərbaycan vasitəsilə nəql edilir.

Bu fikirləri Prezident İlham Əliyev aprelin 28-də III Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki çıxışında səsləndirib.

Dövlətimizin başçısı bildirib ki, hazırda Azərbaycan Avropanın ən iri infrastruktur layihəsini həyata keçirir. “Cənub” Qaz Dəhlizi adlanan bu layihə dörd hissədən ibarətdir. Birincisi, dünyanın ən böyük qaz yataqlarından olan “Şahdəniz” yatağının işlənilməsi, növbəti mərhələ Azərbaycan və Gürcüstanı birləşdirən boru kəmərləri sisteminin inşasını nəzərdə tutan Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməridir. Hazırda artıq bütün Türkiyə ərazisində - ölkənin şərq sərhədindən qərb sərhədinədək tikinti işləri başlayıb. Trans-Adriatik Boru Kəməri – TAP Türkiyə-Yunanıstan sərhədindən başlayaraq inşa ediləcək və Albaniya ərazisindən İtaliyaya uzanacaq.

“Bundan əlavə, Bolqarıstan da bizim enerji siyasətimizin bir hissəsidir. Biz görürük ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı daha böyük formata çevrilmişdir. Əminəm ki, qarşıdan gələn illərdə Balkan ölkələri bizim boru kəmərləri sistemimizə qoşulacaq, xüsusilə nəzərə alsaq ki, hazırda Avropada əlaqələndirici kəmərlər inşa edilir. Biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan nəhəng qaz ehtiyatlarına və tikilməkdə olan infrastruktura malikdir. Bizim planlarımıza görə, 2018-2020-ci illərdə mənim adını çəkdiyim bütün bu layihələr yekunlaşmalıdır. Bu, 45 milyard dollarlıq sərmayədir, texniki baxımdan olduqca mürəkkəbdir. Əlbəttə, bizim geniş əlaqələndirməyə və əməkdaşlığa ehtiyacımız var” – deyə Prezident İlham Əliyev qeyd edib.