YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepala humanitar yardım göndərib

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

FHN-dən bildiriblər ki, nazirliyə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

Prezidentin tapşırığına uyğun olaraq, təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyə edilərək həmin təyyarə ilə Vətənə çatdırılması həyata keçiriləcək.