YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ermənistan təxribat xarakterli addımları ilə öz sonunu yaxınlaşdırır

“Regionda sülhə və sabitliyə təhdid olan Ermənistan dövləti yenə də öz xain  xislətindən geri qalmır. Eyni zamanda, rəsmi İrəvan imzaladığı 10 noyabr üçtərəfli bəyanatında öz üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etmir, yeni-yeni təxribatlara əl atmaqla zaman qazanmağa çalışır. Bütün dünya Ermənistanın necə riyakar, ikiüzlü və terror dövlət olduğuna şahidlik edir”.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dəfələrlə ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin Ermənistana  xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan hakimiyyəti bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmır: “Ermənistan hakimiyyəti, erməni xalqı və revanşist erməni qüvvələri birmənalı şəkildə anlamalıdır ki, törətdikləri istənilən təxribatın qarşısı müzəffər və qalib Azərbaycan ordusu tərəfindən layiqincə alınacaqdır.  Avqustun 3-də Müzəffər Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı da bir daha bu deyilənlərə bariz sübutdur. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, xeyli sayda qanunsuz erməni silahlı dəstələrinin canlı qüvvəsi məhv edildi və yaralandı, düşmənin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Ermənistan hakimiyyəti bir daha anlamalıdır ki, “dəmir yumruq” yerindədir və istənilən zaman başlarına enə bilər. Yaxşı olardı ki, İkinci Qarabağ müharibəsindəki biabırçı və ağır məğlubiyyətlərini unutmasınlar. Baş verən bütün təxribatların qarşısı rəşadətli Azərbaycan ordusu tərəfindən layiqincə alınacaqdır və təxribat xarakterli addımlar Ermənistanı peşman edəcəkdir. Regionda sülhə təhdid olan Ermənistan dövləti təxribat xarakterli addımları ilə öz sonunu yaxınlaşdırır”.