YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şəhid Anar Qarazadənin xatirəsi anılıb

Biləsuvar rayonunda şəhid Qarazadə Anar Vidadi oğlunun anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilat nümayəndələri, partiya üzvləri şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Anar Qarazadə 2014-cü ilin 1-3 avqust tarixləri arasında qoşunların təmas xəttində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Şəhid Anar Qarazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.