YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz ərazilərini erməni hərbi ünsürlərdən təmizləmək iqtidarındadır

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Avqustun 3-də ordumuz qısamüddətli “Qisas” antiterror əməliyyatı apardı. Dəqiq atəş zərbələri ilə düşmənin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv etdi.

Azərbaycan yenidən müharibə istəmir. Amma öz haqqını tapdalamağa heç kimə imkan verməyəcək. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu nümayiş etdirmişdi. Düşmən nəticə çıxarmalı idi. Əgər yenə nəticə çıxarmazsa, “Dəmir yumruq” yerindədir.

Ermənilər Azərbaycan Ordusunun beynəlxalq normaları pozduğunu iddia edərək yenidən dünyaya car çəkməyə başlayıb.  Torpaqlarımızın 20 faizini işğal edərək, milli-mədəni abidələrimizi, yaşayış məntəqələrimizi və Qarabağın flora və faunasını məhv edərək dağıtdıqları zaman elə bilirdilər ki, heç bir beynəlxalq normanı pozmurlar. Elə bilirlər ki, beynəlxalq hüquq normaları ancaq Azərbaycan üçündür.  Anlamaq istəmirlər ki, Azərbaycan heç bir beynəlxalq hüquq normasını pozmur. Ordumuz özünün doğma torpağındadır və dövlət sərhədlərindən hələ ki, kənara çıxmır. Rusiya sülhməramlılarına isə ermənilərə dayaq durmaq üçün yox, iki ölkə arasında həllini gözləyən məsələləri dinc yolla yoluna qoymaq üçün vasitəçilik etmək üçün icazə verdik. Əgər sülhməramlılar öz funksiyalarına aid olan məsələlərlə məşğul olsaydı, antiterror əməliyyatlara da ehtiyac qalmazdı. Çünki 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən sülhməramlılar erməni silahlı tör-töküntülərin ərazilərimizdən çıxarılması ilə paralel yerləşdirilməli idi. Sülhməramlılar isə bu tələbin icrasını təmin etmədi. 

Azərbaycan öz ərazilərini erməni hərbi ünsürlərdən təmizləmək iqtidarındadır.