YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin şəhid ailələrinə və qazilərə qayğısı davamlıdır

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində bizə qələbə sevincini yaşadan Azərbaycanın qəhrəman əsgər və zabitləri oldu. 44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə Azərbaycanın bütün rayon və bölgələrindən döyüşə gedən qəhrəman oğullarımızdan şəhid olanları da oldu, qazi olanları da.

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həlli məsələsini bir nömrəli vəzifə kimi qoyub. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu günə qədər bu həssas təbəqəyə aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlə təmin olunub. Bununla yanaşı, qazilərimizin sağlamlığının qorunması, müasir protezlərlə təmin edilməsi, reabilitasiya kurslarını keçməsi və sosial-psixoloji xidmətlərin göstərilməsi sahəsində mühüm addımlar atılır. Bu addımlar həssas təbəqəyə aid olunan şəxslərin sağlamlıqlarını bərpa etməsinə öz töhfələrini verir.

Şəhid ailələrinə və qazilərə dəstək olmaq dövlətlə yanaşı, hər birimizin vətəndaşlıq borcudur. Onlar bizim müstəqilliyimiz və Vətənimizin bütövlüyü uğrunda öz canlarından və qanlarından keçiblər. Unutmayaq ki, 44 günlük Vətən müharibəsində bizə qələbə sevincini yaşadan, ürəyimizdəki 30 illik Qarabağ həsrətini sona yetirən həmin igid və qəhrəman oğullarımızdır.